Document: Law of the Republic of Azerbaijan “On making amendments to the Law of the Republic of Azerbaijan “On accounting” (“Law”)

Date of signing: December 22, 2023

Commentary: Pursuant to the Law, accounting for the following accounting subjects must be conducted in electronic form:

  1. At large enteprises and in accordance with the stages determined by the President of the Republic of Azerbaijan at medium-sized enteprises;
  2. In taxpayers operating within the framework of production sharing, main export pipeline and such other agreements approved by law, or laws, including laws on oil and gas, export-oriented oil and gas activities;
  3. In public legal entities (with the exception of the Central Bank of the Republic of Azerbaijan) which must publish annual financial statements or consolidated financial statements in accordance with the Law.

Electronic accounting by medium-sized enterprises will be carried out in the following stages:

  1. Persons providing financial services defined by the Tax Code of the Republic of Azerbaijan - from January 1, 2024;
  2. Persons providing telecommunication services - from April 1, 2024;
  3. Persons engaged in the sale of oil and gas products at gas stations - from July 1, 2024;
  4. Sports betting operator - from October 1, 2024;
  5. Other medium-sized business entities - from January 1, 2027.

The Law has entered into force as of January 22, 2024.

Potential impacts of the Law: With the adoption of the Law, tax control measures will be implemented more promptly and effectively on the activities of taxpayers with a large transaction volume and turnover. On the other hand, conducting accounting in electronic form is also important in terms of ensuring transparency.

While many business entities already conduct accounting electronically, it has now become an obligatory duty. Listed businesses are advised to ensure that accounting records are maintained in electronic form from the specified dates.

Moreover, according to Article 16.1.3-1 of the Tax Code of the Republic of Azerbaijan, the accounting subjects that will conduct accounting in electronic form will have to submit the information specified by the Ministry of Economy to the tax authority.

Bəzi mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılacaqdır

Sənəd: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 22 dekabr 2023-cü il

Şərh: Qanuna əsasən aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

  1. İri sahibkarlıq subyektlərində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində;
  2. Qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;
  3. İllik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla).

Orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriliəcək:

  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;
  2. Telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;
  3. Yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;
  4. idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;
  5. Digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

Qanun 22 yanvar 2024-cü ildə qüvvəyə minmişdir.

Qanunun mümkün təsirləri: Qanunun qəbul olunması ilə əməliyyatların həcmi və dövriyyəsi böyük olan vergi ödəyicilərinin fəaliyyəti üzərində vergi nəzarəti tədbirləri daha operativ və effektiv həyata keçiriləcək. Digər tərəfdən mühasibat uçotunun elektron formada aparılması bu sahədə şəffaflığın təmin edilməsi baxımından da əhəmiyyətlidir.

Təcrübədə əksər sahibkarlıq subyektləri mühasibat uçotunu bu və ya digər formada elektron şəkildə həyata keçirsə də artıq bu sahibkarlıq subyektləri üçün bu bir vəzifəyə çevrilmişdir. Buna görə də sadalanan sahibkarlıq subyektlərinə tövsiyə edilir ki, qeyd edilən tarixlərdən etibarən mühasibat uçotunun tam şəkildə elektron formada aparılmasını təmin etsinlər.

Bununla yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-1-ci maddəsinə əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektləri tərəfindən İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi məlumatlar vergi orqanına təqdim ediləcək.

Contact