Document: Law of the Republic of Azerbaijan “On making amendments to the Civil Code of the Republic of Azerbaijan” (“Law”)

Date of signing: 5 December 2023

Commentary: The Debt/Equity Swap mechanism has been incorporated into Azerbaijani law.

According to the Law, when increasing the charter capital of a limited liability company, based on the unanimous decision of the company's participants, persons holding monetary claims against the company may be relieved from the obligation to contribute to the charter capital by offsetting the monetary claims and becoming a participant in the limited liability company.

As for joint-stock companies, with a two-thirds majority vote of the company's shareholders with the right to vote, those who have monetary claims against the company can be exempted from the obligation to pay for the company's shares by offsetting their monetary claims and becoming a shareholder of the company (by acquiring additional issued shares).

The acquisition of additional issued shares by offsetting the monetary claim against the company is allowed by the closed placement method.

In relation to the entities controlled in the financial markets, the above-mentioned rules are applied by taking into account the requirements for obtaining a significant participation share specified by the laws regulating the financial markets.

Potential impact of the Law: With the adoption of the Law, legal entities will have an additional opportunity to fulfill their debt obligations. In particular, companies facing difficulties in performing their obligations due to financial restraints will have an alternative method to do so.

The Law entered into force on December 27, 2023.

Kreditorların borc tələbləri müqabilində cəmiyyətin iştirakçısına çevrilməsi mexanizmi Azərbaycan qanunvericiliyinə daxil edilib

Sənəd: Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 5 dekabr 2023-cü il

Şərh: Kreditorların borc tələbləri müqabilində cəmiyyətin iştirakçısına çevrilməsi mexanizmi Azərbaycan qanunvericiliyinə daxil edilib.

Belə ki, Qanuna əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər.

Səhmdar cəmiyyətinə münasibətdə isə, cəmiyyətin səsvermə hüququna malik olan səhmdarlarının üçdə iki səs çoxluğu ilə həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və cəmiyyətin səhmdarı olmaqla (əlavə buraxılmış səhmləri əldə etməklə) cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən azad oluna bilərlər.

Əlavə buraxılmış səhmlərin cəmiyyətə qarşı pul tələbinin əvəzləşdirilməsi ilə əldə edilməsinə qapalı yerləşdirmə üsulu ilə yol verilir.

Yuxarıda qeyd olunan qaydalar maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir.

Qanunun mümkün təsirləri: Qanunun qəbul edilməsi ilə hüquqi şəxslərə öz borc öhdəliklərini icra etməsi üçün əlavə imkan yaranacaq. Xüsusi ilə də maliyyə çətinlikləri səbəbindən öhdəliklərini icra edə bilməyən şirkətlər alternativ yolla bunu həyata keçirə biləcək.

Qeyd edək ki, Qanun 27 dekabr 2023-cü ildə qüvvəyə minmişdir.

Contact