Document: Law of the Republic of Azerbaijan “On making amendments to the Civil Code of the Republic of Azerbaijan” (“Law”)

Date of signing: 24 February 2023

Commentary:  The Law introduces distinct definitions for debt and credit agreements, along with their respective characteristics. Additionally, it includes provisions related to consumer loan agreements.

We present you with the key highlights on the debt agreement:

  • New grounds regarding the unilateral cancellation (full or partial) of the obligation to provide (or receive) a loan have been added to the legislation:
    • The range of circumstances in which the lender may unilaterally decline the full or partial fulfilment of its obligation to provide a loan has been broadened. Such cases include (i) when it is evident that the debt cannot be repaid on time due to the borrower providing inaccurate information to the lender, (ii) if the borrower fails to meet its obligations as outlined in the debt agreement, including the failure to provide collateral, etc;
    • Moreover, after the new amendments, borrower has the right to unilaterally decline to receive the debt, in whole or in part, until it is provided.
  • The Law also sets out new grounds that allow the lender to demand early repayment of the debt (prior to the changes, only significant deterioration of borrower’s property condition was considered a valid ground). These new grounds include: (i) Delay of the debt payment (interest/other fees) for more than 90 days (ii) Failure to use the debt for its intended purpose, etc.

Key highlights regarding the loan agreement:

  • The Law specifies that only a person who has the legal right to provide loans in accordance with legislation can act as a lender under a loan agreement.
  • The statute of limitation for the lender’s claims arising from the loan agreement is one year (prior to the change, three-year period provided for contractual requirements was envisaged)

The concept of consumer loan agreement has been introduced for the first time under the Law. Consumer loan agreement is an agreement concluded for lending to a borrower (consumer) who is an individual for purposes not related to business or professional activity.

After the amendments, a number of important requirements for the consumer loan agreement were defined, and special guarantees were created for the purpose of protecting the rights of consumers:

  • Before concluding consumer loan agreement, the lender is required to provide information to the consumer in the standard information form approved by the Central Bank of the Republic of Azerbaijan;
  • Provisions that must necessarily be reflected in the consumer loan agreement were stipulated.
  • The consumer has the right to reject the consumer loan agreement within thirty days from the day of receiving the funds under the agreement, without providing a reason. In this scenario, the consumer is obligated to repay the funds they received under the agreement and the interest calculated from the day the funds were provided until the day they are returned. In this case except for the state duty and service fees paid by the lender, the lender cannot request compensation or any other payments from the consumer.

Potential impact:  In light of the recent revisions, the clauses concerning the debt/loan agreements have been enhanced and explicitly articulated. The implementation of the Law is aimed at reducing the numerous disputes that exist between banks and their customers regarding consumer loans and protecting the rights and interests of consumers within the framework of credit relations.

The Law entered into force on October 1, 2023.

Mülki Məcəllənin borc və kredit müqavilələri ilə bağlı qəbul edilmiş yeni müddəaları qüvvəyə minib.

Sənəd: “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 24 fevral 2023-cü il

Şərh:  Qanunda, borc və kredit müqavilələri üzrə fərqləndirilmiş anlayışlar və bu müqavilələrin xüsusiyyətləri müəyyən olunmuş, eləcə də  istehlak kredit müqaviləsi ilə bağlı müddəalar əlavə edilmişdir.

Dəyişikliklərin qüvvəyə minməsi ilə borc müqaviləsi üzrə mühüm məqamları sizə çatdırırıq:

  • Borc vermək (almaq) öhdəliyinin birtərəfli ləğvi (tam və ya qismən) ilə bağlı yeni əsaslar qanunvericiliyə daxil edilmişdir:
    • Borc vermək öhdəliyinin birtərəfli ləğvi (tam və ya qismən) ilə bağlı halların dairəsi genişləndirilmiş, borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olması, razılaşdırılmış təminatın təqdim edilməməsi kimi hallar borc vermək vədindən imtina üçün yeni əsaslar kimi qanunda nəzərdə tutulmuşdur.
    • Eyni zamanda yeni dəyişikliklə borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.
  • Qanun eyni zamanda müqavilə ilə başqa qaydada müəyyən edilmədikdə, borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək üçün borcverənə icazə verən yeni əsasları müəyyən edir (dəyişiklikdən əvvəl yalnız borclunun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi halı nəzərdə tutulurdu):  Bu yeni əsaslara borcun (faizlər/digər haqların) 90 gündən çox müddətə gecikdirilməsi, borcun təyinatı üzrə istifadə olunmaması və sair daxildir.

Kredit müqaviləsi üzrə mühüm məqamlar:

  • Qanunla müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcverən qismində yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs çıxış edə bilər.
  • Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir (dəyişiklikdən əvvəl müqavilə tələbləri üçün nəzərdə tutulmuş üç illik müddət şamil edilirdi).

Qanunla ilk dəfə istehlak krediti müqaviləsi anlayışı təqdim olunmuşdur. Bu anlayışa əsasən, istehlak kredit müqaviləsi sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (istehlakçıya) borc verilməsi üçün bağlanan müqavilədir.

Yeni dəyişikliklərlə istehlak krediti müqaviləsi üzrə bir sıra mühüm tələblər müəyyən edilmiş, istehlakçıların hüquqlarının qorunması məqsədilə xüsusi təminatlar yaradılmışdır:

  • Bu müqavilənin bağlanmasından əvvəl borcverənin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilən standart məlumatlandırma formasında məlumatları istehlakçıya təqdim etməsi tələb olunur;
  • İstehlak krediti müqaviləsində mütləq əks olunmalı olan müddəalar müəyyən edilmişdir.
  • İstehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda, istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Bu halda Borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.

Qanunun mümkün təsirləri: Son düzəlişlərlə borc/kredit müqavilələri ilə bağlı bəndlər təkmilləşdirilmiş və daha aydın şəkildə ifadə edilmişdir. Qanunun tətbiqi istehlak krediti üzrə banklarla müştəriləri arasında mövcud olan çoxsaylı mübahisələrin azalmasına və kredit münasibətləri çərçivəsində istehlakçıların hüquq və maraqlarının qorunmasına yönəlmişdir.  

Qanun 1 oktyabr 2023-cü il tarixindən qüvvəyə minmişdir.

Contact