Document: Law of the Republic of Azerbaijan “On making amendments to the Law of the Republic of Azerbaijan on Road Transportation” (The “Law”)

Date of signing: 14 July 2023

Commentary: Even though ride-hailing operator activities were widely conducted in the Republic of Azerbaijan before the Law came into force, this sector had not been regulated by the appropriate legislation. The implemented changes have introduced new concepts in this field and established requirements for becoming a ride-hailing operator.

We present you the brief summary of the changes that came into effect on October 1, 2023.

  1. The Law introduces new definitions for ride-hailing service, ride-hailing operator, license, license card, etc. According to the new definition, ride-hailing operator means a legal entity or an individual entrepreneur who provides ride-hailing service to persons carrying out passenger transportation by taxi passenger cars.
  2. As part of further changes, those interested in operating as a ride-hailing operator are now required to obtain a special permit, which remains valid for 7 years.
  3. Additionally, ride-hailing operators are obligated to ensure the state registration of the information systems they use for personal data within their processes. They must also adhere to other requirements related to personal data protection, as outlined in the Republic of Azerbaijan's "On Personal Data" Law.
  4. Starting from October 1, ride-hailing operators must ensure that the carriers to whom they provide ride-hailing services, possess the documents (such as license passport, license card, agreements with technical station or a medical station on the use of relevant services, etc.) required by the legislation, and in the absence of such documents, it is strictly prohibited to provide ride-hailing services for those carriers.
  5. In parallel, according to the amendments made to the Code of Administrative Offenses of the Republic of Azerbaijan (will become effective from 1 January 2024), in case of violation of the several statutory requirements by ride-hailing operators, administrative liabilities are determined:

Potential impact: The implemented changes are aimed at improving the quality of taxi services in the Republic of Azerbaijan and, simultaneously, enhancing state control in this sector. Furthermore, these legislative changes are designed to achieve the following objectives:

  • Legal Clarity: Legal regulation of ride-hailing services will establish legal certainty for these platforms, clearly defining the requirements under which they can operate, the regulations they must adhere to, and the rights of both operators and drivers;
  • Enhanced Safety: These developments can bolster passenger safety by ensuring driver qualifications and regular vehicle inspections.
  • Competition: Regulatory oversight shall promote fair competition between ride-hailing services and traditional taxi companies, ensuring a level playing field for all participants in the transportation sector.
  • Data Sharing and Reporting: Executive bodies will be provided with data, which would be valuable for urban planning and traffic management.

The Law entered into force on October 1, 2023.

Azərbaycan Respublikasında taksi sifarişi operatorlarının fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə mindi.

Sənəd: “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 14 iyul 2023-cü il

Şərh: Qanunun qüvvəyə minməsinə qədər Azərbaycan Respublikasında taksi sifarişi operatoru fəaliyyətinin geniş yayılmasına baxmayaraq, belə fəaliyyət müvafiq qanunvericiliklə tənzimlənmirdi. Edilən dəyişikliklərlə bu sahədə yeni anlayışlar, taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün tələblər müəyyən olunmuşdur.

1 oktyabr 2023-cü il tarixindən etibarən qüvvəyə minən dəyişikliklərin qısa xülasəsini sizə təqdim edirik.

  1. Qanunla taksi sifarişi xidməti, taksi sifarişi operatoru, buraxılış vəsiqəsi, buraxılış kartı və digər yeni anlayışlar müəyyən edilib. Belə ki, taksi sifarişi operatoru dedikdə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar nəzərdə tutulur.
  2. Digər bir dəyişikliyə əsasən, taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək istəyən şəxslərin xüsusi icazə alması tələb edilir və bu cür icazənin etibarlılıq müddəti 7 il təşkil edir.
  3. Bundan əlavə, taksi sifarişi operatorları istifadə etdikləri fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatına almalı və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən fərdi məlumatların mühafizəsi ilə bağlı digər tələblərə riayət etməlidirlər.
  4. Oktyabrın 1-dən etibarən taksi sifarişi operatorları xidmət göstərdikləri daşıyıcıların qanunvericiliklə tələb edilən sənədlərə (buraxılış vəsiqəsi, buraxılış kartı, texniki məntəqə və tibb məntəqəsi ilə müqavilə) sahib olduqlarını yoxlamalıdırlar və belə sənədlərin olmadığı təqdirdə, həmin daşıyıcılar üçün taksi sifarişi xidmətlərinin göstərilməsi qadağan edilir.
  5. Paralel olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən (2024-cü il yanvarın 1-dən qüvvəyə minir), taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin bir sıra tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir:

Qanunun mümkün təsirləri: Tətbiq edilən dəyişikliklər Azərbaycan Respublikasında taksi fəaliyyətinin keyfiyyətinin artırılması və eyni zamanda bu sahə üzrə dövlət nəzarətinin gücləndirilməsinə fokuslanır. Bundan başqa, qanunvericiliyə edilən müvafiq dəyişikliklər aşağıda qeyd edilən hədəflərə nail olunmasına yönəlmişdir:

  • Hüquqi müəyyənlik: Taksi sifarişi operatoru xidmətlərinin hüquqi tənzimlənməsi  bu platformaların hansı hüquqi tələblər altında fəaliyyət göstərə biləcəyini, hansı qaydalara əməl etməli olduqlarını və həm operatorların, həm də sürücülərin hansı hüquqlara malik olduğunu təmin edəcək.
  • Gücləndirilmiş təhlükəsizlik: Dəyişikliklər sürücülərin ixtisaslı olmasını və nəqliyyat vasitələrinin mütəmadi olaraq yoxlanılmasını tələb etdiyi üçün sərnişinlərin təhlükəsizliyinin gücləndirilməsini təmin edəcək.
  • Rəqabət: Dövlət nəzarəti nəqliyyat sektorunun bütün iştirakçılarının bərabər şərtlər altında fəaliyyət göstərməsini təmin edərək, taksi sifarişi operatorları və ənənəvi taksi şirkətləri arasında ədalətli rəqabəti təşviq edəcək.
  • Məlumatların ötürülməsi və hesabatlılıq: İcra orqanları şəhərsalma və yol hərəkətinin idarə edilməsi üçün zəruri ola biləcək mühüm məlumatlarla təmin ediləcək.

Qanun 1 oktyabr 2023-cü ildən qüvvəyə minmişdir.

Contact