Document: The Law of the Republic of Azerbaijan on Making Amendments to the Law on the Regulation of inspections in the field of entrepreneurship and protection of entrepreneurial interests (the “Law”)

Date of signing: July 7, 2023

Commentary:  According to the Law, the objects of inspection depend on the scope of control and encompass the following:

  • The activities of entrepreneurs involved in providing goods, performing services, and delivering works for which mandatory requirements are defined.
  • Properties owned by entrepreneurs under ownership rights or other legal bases, subject to mandatory requirements (including fields, manufacturing areas) associated with entrepreneurial activities, as well as the organizational units of entrepreneurs.
  • Goods and services possessed by entrepreneurs subject to mandatory requirements.

Furthermore, a new chapter, Chapter No. 1.1, titled 'Rights and Responsibilities of the Inspector and Entrepreneur,' has been introduced to the Law. The key aspects of this amendment encompass the rights and duties of inspectors and entrepreneurs in relation to inspections, ethical behavior guidelines, conflict of interest prevention, evaluation criteria for inspection bodies (inspectors) to ensure transparency, and factors to be considered in the inspector's annual plan.

The Law also addresses issues like guidelines for applying inspection queries, provision for entrepreneurs to request re-examinations, changes in the procedure for obtaining product samples, and the associated cost of analysis, all of which are listed within the Law.

The primary objective of the Law is to establish a unified code of conduct during inspections and to deter unlawful interference in entrepreneurial activities during such inspections. The enactment of this Law is anticipated to provide clearer guidelines, enabling entrepreneurs to comprehend expectations placed upon them and the conduct they can anticipate from inspectors.

The Law became effective on July 7, 2023.

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı yeni qaydalar müəyyən edilmişdir

Sənəd: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 7 iyul 2023-cü il

Şərh: Qanuna əsasən yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılar hesab olunur:

  • sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;
  • sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi;
  • sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər.

Eyni zamanda Qanuna “Yoxlayıcının və Sahibkarın Hüquq və Vəzifələri” adlı 1.1-ci fəsil əlavə olunmuşdur. Yoxlama ilə əlaqədar yoxlayıcının və  sahibkarın hüquqları və vəzifələri qeyd edilməklə yanaşı, etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə Yoxlayıcı orqanın (yoxlayıcıların) fəaliyyətinin qiymətləndirilməsi, yoxlayıcının illik planında diqqətə alınmalı məqamlar dəyişikliyin əsas istiqamətlərindəndir.

Yoxlama suallarının tətbiqində nəzərə alınmalı olan məqamlar, sahibkarın yenidən tədqiqin keçirilməsini tələb etmə imkanı, məhsul nümunələrinin götürülməsi və onların tədqiqi ilə bağlı işlərin dəyərinin ödənilmə qaydasında bəzi dəyişikliklər də Qanunda əks olunan məsələlər siyahısına daxildir.

Qanunun əsas məqsədi yoxlamalar zamanı vahid davranış kodeksinin yaradılması, habelə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasıdır. Qanunun tətbiqi qarşılıqlı olaraq sahibarkarlardan və yoxlayıcılardan nələrin gözlənildiyini daha yaxşı başa düşməyə imkan verəcəkdir.

Qanun 7 iyul 2023-cü ildə qüvvəyə minmişdir.

Contact