Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Vüqar Əliyev Azərbaycan Respublikasının Kredit Zəmanət Fondunun İşçi Qrupunun üzvü təyin olunub
Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentybar 2017-ci il Fərmanı ilə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (“Fond”) yaradılması qərara alınmışdır. Fond, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə yaradılmışdır.
Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və Fondun fəaliyyətinin qabaqcıl beynəlxalq praktikalara uyğun həyata keçirilməsi məqsədilə cənab Prezident tərəfindən müvafiq İşçi qrupu təsdiq edilmişdir. İşçi qrupuna bir sıra mühüm istiqamətlər üzrə, o cümlədən, aşağıdakılara dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tapşırılmışdır:
beynəlxalq təcrübə nəzərə alınmaqla:
Fəxrlə bildirik ki, KPMG-in Rusiya və MDB ölkələri üzrə Maliyyə Xidmətləri Praktikasının Rəhbəri və KPMG-nin Azərbaycandakı ofisinin rəhbəri, Vüqar Əliyev, sözügedən İşçi Qrupunun üzvü qismində cənab Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmişdir. Əminik ki, Vüqar Əliyevin maliyyə sistemləri sahəsindəki geniş beynəlxalq və Azərbaycanın maliyyə sektorundakı praktik təcrübəsi ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bu təşəbbüsün həyata keçirilməsində öz töhfəsini verəcəkdir.
Vüqar Əliyevə bu vacib vəzifəsinin icrasında uğurlar diləyirik!